Banker.az Amerikanın Puget Sound Business Journal nəşrinə istinadən xəbər verir ki, dünyanın nəhəng proqram təminatı istehsalçısı Microsoft Corp. 5 iyul tarixində biznesinin geniş miqyaslı yenidən qurulmasını elan etməyi planlaşdırır.
Nəşrin mənbələri qeyd edir ki, bu yenidən qurulma Microsoft biznesini əsas olaraq bulud texnologiyaları sahəsinə istiqamətləndirməkdən ibarət olacaq.
Hazırda şirkət diqqətini Amazon.com-un dünyanın nəhəng bulud xidmətləri provayderi Amazon Web Services bölməsi ilə rəqabət aparmaq üçün Azure bulud servisinin inkişafına yönəldib.
Onu da qeyd edək ki, Microsof səhmləri bu gözləntilər fonunda cümə günü ərzində 0,5% bahalaşıb.