Kreditləşmə bazarında müəyyən səngimələr müşahidə edilsədə, hazırda banklar tərəfindən məhsulların aktivləşdirilməsində aktivlik müşahidə olunur. Bu canlanma həm istehlak kreditlərində, həmdə biznes kreditlərinin təklifində özünü biruzə verir.
Əvvəlki Bazar araşdırmalarımızda İstehlak məqsədli kreditlərin şərtlərini sizlərə təqdim etmişdik. Bu dəfəki araşdırma biznes məqsədilə rəsmiləşdirilən mikro kreditlərin şərtləri barədədir. Adından da göründüyü kimi mikro kreditlər – məbləği KOS (kiçik və orta sahibkarlıq) kreditlərinə nisbətdə kiçik ölçüdə (maksimum 30 000 AZN civarında) olmaqla, xırda biznes sahiblərinin bizneslerini genişləndirmək üçün nəzərdə tutulan və rəsmiləşmə prosesi nisbətən sadə olan kreditlərdir. Bu kreditlər devalvasiyalardan öncə əsasən USD valyutasında rəsmiləşdirilirdi. Təbii olaraq banklar bu tip kreditlərin verilməsiylə bağlı sonradan ciddi problemlərlə üzləşdirlər, səbəb isə kredit götürən müştərilərin rəsmi gəlirlərinin olmaması və devalvasiyaların onların ödəniş qabiliyyətlərinə ciddi təsir etməsi ilə bağlı idi. Hal-hazırda durğunluq dövründə bu tip kreditlər barmaqla sayılacaq qədər az bankda təklif edilir. Bəzi Banklar krediti yalnız AZN valyutasında bəziləri isə hər iki valyutada təklif edir. Aşağıda həmin Banklar və onların müvafiq məhsul üzrə şərtləri qeyd edilmişdir. Diqqət çəkən məqam ondan ibarətdir ki, bu kreditlər girovsuz rəsmiləşdirilmir və girovun növü kredit şərtlərinə birbaşa olaraq təsir edir. Belə ki, girov qismində daşınmaz əmlak çıxış etdikdə kreditin məbləği yüksək, müddəti uzunmüddətli, faiz və komissiyası isə aşağı olur. Girov qismində digər subyektlər (rəsmi gəliri olan fiziki şəxsin zaminliyi, daşınar əmlak, qızıl əşyaları və s.) çıxış etdikdə isə kredit nisbətən əlverişsiz şərtlərlə təklif edilir. Ümid edirik ki, bu araşdırma mikro kredit əldə edərək bisnesini genişləndirmək məqsədi olan müştərilər üçün faydalı olacaqdır.
Cədvəl 1
Bank | Valyuta | Məbləğ | Müddət | ||
Daşınmaz əmlak girovu | Digər girov | Daşınmaz əmlak girovu | Digər girov | ||
AccessBank | AZN / USD | 300 USD – 30 000 USD * AZN ekvivalenti |
AZN: 6 -24 ay USD: 6- 60 ay |
||
Bank Respublika | AZN / USD | 500 AZN – 20 000 AZN *USD ekvivalenti |
500 AZN – 10 000 AZN *USD ekvivalenti |
24 ayadək | 18 ayadək |
Bank of Baku | AZN | 20 000 AZN-dək | Qızıl girovu – 20 000 AZN-dək Zaminlik – 10 000 AZN-dək |
36 ayadək | 24 ayadək |
ExpressBank | AZN | 30 000 AZN-dək | Qızıl girovu – 30 000 AZN-dək Zaminlik – 5 000 AZN-dək |
30 ayadək | 24 ayadək |
TBC Kredit | AZN / USD | AZN – 15 000 AZN-dək USD – 30 000 USD-dək |
AZN – 15 000 AZN-dək USD – 10 000 USD-dək |
AZN – 36 ayadək USD – 60 ayadək |
AZN – 36 ayadək USD – 60 ayadək |
Unibank | AZN | 10 000 AZN-dək | 15 000 AZN-dək | 24 ayadək | 24 ayadək |
Cədvəl 2
Bank | İllik faiz dərəcəsi | Kreditin komissiyası | ||
Daşınmaz əmlak girovu | Digər girov | Daşınmaz əmlak girovu | Digər girov | |
AccessBank | AZN – 28% USD – 19% |
12 ayadək – 1% 13-18 ay – 1.5% 19-24 ay – 2% |
||
Bank Respublika | AZN – 28% USD – 12% |
AZN – 31% USD – 15% *təkrar müştərilərə 2% endirim edilir |
0%
*Kampaniya endirimi |
0%
*Kampaniya endirimi |
Bank of Baku | 26% – 28% | 27% – 32% | 1% | 1% |
ExpressBank | 25%-dən başlayaraq | 30% | 1% | 2% |
TBC Kredit | AZN: 30%-32% USD: 18% – 22% |
AZN: 32%-40% USD: 20% – 26% |
AZN – 1.5% USD – 0.5% |
AZN: 1.5%-2% USD: 0.5% – 1% |
Unibank | 28% | 30% – 33% | 1% | 2% |