Şirkətdən verilən məlumata görə, ASC “Standard Insurance” Sığorta Şirkətinin səhmdarı Şirkətin nizamnamə kapitalının 5 mln. AZN həcmində artırılması ilə bağlı niyyət məktubunu Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərmişdir.
Hal-hazırda, ASC “Standard Insurance” “Təkrarsığorta müqavilələrinin qəbul edilməsi hüququnu təmin edən” lisenziyadan imtina ilə bağlı MBNP-na göndərdiyi müraciətə cavab gözləyir. Şirkət artıq bir neçə ildir ki, daxil olan təkrarsığorta fəaliyyəti ilə məşğul olmur, və bu səbəbdən, həmin fəaliyyətin həyata keçirilməsinə əlavə vəsait ayrılmasını da zəruri hesab etmir. Belə ki, müvafiq müraciətin təmin olunması şirkətin məcmu kapitalının tələb olunan məbləğinin iki dəfə azalması ilə nəticələnəcəkdir. Müvafiq müraciət təmin olunduqdan sonra ASC “Standard Insurance” Sığorta Şirkətinin nizamnamə kapitalının artırılması həyata keçiriləcəkdir.