Hazırda bütün maliyyə dünyasının diqqəti FES-in bu həftə keçiriləcək yığıncağına yönəlib.
Bu yığıncaqda stimulların azaldılması nəhayət ki elan ediləcək. Lakin bununla yanaşı bir sıra maraqlı məqamlar da mövcuddur.
Ben Bernankenin tutduğu vəzifəni tez bir zamanda Canet Yellen əvəz edəcək.
Reuters agentliyinin verdiyi məlumata görə, gözlənildiyi kimi yanvarda deyil, növbəti həftə siyasətçilərin Yellenin namizədliyi ilə bağlı növbəti səsverməsi keçiriləcək. Bu səsvermənin nəticəsi olaraq isə Bernanke tez bir zamanda öz vəzifəsini tərk edə bilər. O vəzifəsini tərk edəcəyi halda 18 dekabrda yığıncağın yekunlarının elan edilməsindən sonra bunu faktiki olaraq elan edəcək. Sadə dillə desək Bernanke artıq öz işini başa vurub və yanvarı gözləməyin heç bir mənası yoxdur.