2 C
Baku
Saturday, December 14, 2024

Qızıla investisiya etmək üsulları

Qızıl pulların saxlanılması üçün ən sərf etməyən, eyni zamanda da təhlükəsiz üsul sayılır. 2011-ci ilin avqust ayında sarı metalın qiymətinin artımı 2010-cu ildən fərqli olaraq 15% təşkil edirdi. Bu fond bazarında valyuta depozitlərinin, investisiyaların və digər alətlərin gəlirlərinin artmasına səbəb olmuşdu. Bu dövrdə bir çox investorlar stabil gəlir ödəyərək qızılı pərakəndə şəklində alırdılar. Keçən ilin oktyabr ayında məzənnələr azalmağa başlayır və bugünkü gündə praktiki olaraq 2010-cu ilin yanvarındakı səviyyəyə bərabər olub.

Buna baxmayaraq bu qızıl investisiyalardan imtina etmə üçün səbəb deyil. Sarı metal qeyri-stabil bazarlarda işləmək üçün yüksək gəlirli alət olmağa davam edir.
Qızıla investiya yatırmağın əsas üsullarını nəzərdən keçirək.

1. Standart sxem.

İnvestor iflyasiya və valyuta risklərindən qorunmaq üçün öz yığımının 10-15%-ni qızıla investisiya edir. Güclü maliyyə qeyri-sabitliyi dövründə investisiyanın həcmi 50% təşkil edə bilər. Adətən bu uşaqların təhsili, daşınmaz əmlak almaq üçün uzunmüddətli investisiyalardır.

2. Qızıl külçələrin alınması.

Qızıl külçələri bankdan almaq lazımdı. İstədiyiniz halda qızıl külçələrinin saxlanılması xidmətindən yararlana bilərsiniz.

3. Qızıl depozitin açılması.

Bu qızıl investisiyalarının ən etibarlı yoludur. Bank investora qızıl külçələrin alınması sayəsində pul yatırımları etmək imkanı yaradır. Faiz dərəcələri 2-3,5% civarında dövr edir.

4. Qızıl sikkələrin alışı.

İnvestisiyalı və numizmatik sikkələr mövcuddur. Birinci halda bu birja sahələrində dövr edən spekulyativ investisiya alətidir. İnvestisiyalı sikkələr əsas metalın dəyər trendini təkrarlayır.

Numizmatik sikkələr məhdud tiraja sahibdirlər və özləri ilə kolleksiya dəyərini təcəssüm edirlər. Qeyd etdiyimiz halda metalın dəyəri və keyfiyyəti ikinci dərəcəli məsələdir.

Son xəbərlər
Digər xəbərlər