9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda Uber istifadəçiləri problemlə üzləşib

Son vaxtlar Azərbaycanda Uber istifadəçiləri xidmətdən istifadə zamanı problemlə qarşılaşır.

Belə ki, istifadəçilər bildirib ki, Uber sürücüləri sifarişi qəbul edəndən sonra zəng edib, ödənişin nağd və ya kartla olması ilə maraqlanıb, kart ödənişi ilə olan sifarişləri qəbul edə bilməyəcəkləri deyərək sifarişi ləğ etməyi xahiş edir.

Buna səbəb olaraq kartla ödənişi şirkətdən ala bilmədiklərini göstərirlər. İstifadəçilər isə Uber-in sürücülərə qarşı haqsızlıq etdiyini iddia edərək, etirazlarını bildirir. Uber-in Moskva ofisi qeyd edilən problemlə bağlı rəsmi sorğumuzu cavablandırıb.

Ofisdən qeyd edilib ki, bütün pul köçürmələrini həyata keçiriblər:

“Uber tərəfdaşlarla iş zamanı beynəlxalq standartlara ciddi şəkildə riayət edən iri beynəlxalq texnoloji şirkətdir. Bizə daxil olan bütün müraciətləri diqqətlə izləyib, cavab veririk. Uber-lə əməkdaşlıq edən sürücülərin göstərdikləri xidmətə görə pul köçürmələrində yaranan problemlə bağlı müraciət bizə daxil olan kimi, biz bundan öncə köçürmələri həyata keçirən partnyor banka rəsmi sorğu göndərdik. Məsələnin operativ həlli üçün biz digər bankın xidmətlərindən yararlandıq və bütün pul köçürmələrini həyata keçirdik”.

Məlumatda bildirilib ki, hazırda partnyor sürücülərin hesablarına pul vəsaitləri köçürülür:

“Lakin köçürlmə müddəti bir qədər artaraq 2-3 həftə təşkil edir. Buna baxmayaraq, biz bu müddətin 1 həftəyədək azalması istiqamətində aktiv şəkildə işləyirik”.

Son xəbərlər
Digər xəbərlər