Böyük Mühasib
Namizədə tələblər
• Təhsil: Ali (maliyyə, iqtisadi)
• İş təcrübəsi: 4 ildən artıq mühasibatlıq sahəsində iş təcrübəsi
• Sığorta sahəsində mühasib təcrübəsi olan namizədlərə üstünlük verilir
• Kompyuter bilikləri: 1C mühasibat proqramı, Excel (əla səviyyədə)
• Vergi qanunvericiliyi və müxabirləşmə bilgiləri
Şəxsi keyfiyyətlər
• Analitik qabiliyyət və riyazi düşüncəyə malik olmaq
• Fikrini dəqiq, lokanik və düzgün izah etmə bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri
• Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili
• Əmək haqqının hesablanması
• Dövlət orqanlarına hesabatların hazırlanması
• Vergi orqanları ilə yazışmalar
• Vergi və mühasibat uçotunun aparılması
• Əsas vəsaitlərlə bağlı bütün mühasibat yazışmaların aparılması
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı: müsahibə əsasında təyin ediləcək (namizədin bilik və təcrübəsindən asılı olaraq)
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.