19 C
Baku
Saturday, October 5, 2024

Çin və ABŞ gənc dollar milyarderlərinin sayına görə liderdir

Banker.az xəbər verir ki, Hurun Report tərəfindən həyata keçirilən araşdırmanın nəticələrinə görə, 40 yaşına çatmayan gənc milyarderlərin ümumi sayının 80%-i Çin və ABŞ-da yaşayır.

Verilən məlumatlara görə, siyahıya 47 nəfər daxildir və ona 33 yaşlı amerikalı Mark Tsugerberq başçılıq edir. Sahibkarın sərvəti 58 milyard dollar olaraq qiymətləndirilir. Onun ardınca digər Facebook təsisçiləri Dastin Moskoviç və Eduardo Saverin gəlir.

Çində isə milyarderlər siyahısına SZ DJI Technology Co., Ltd. özəl şirkətinin yaradıcısı, 37 yaşlı Van Tao başçılıq edir. O 4 milyard dollara sahibdir.

Bundan əlavə, hesabata əsasən, ABŞ-da 20, Çində isə 18 milyarder yaşayır.

 

Son xəbərlər
Digər xəbərlər