6 C
Baku
Sunday, December 15, 2024

İqtisadçı: “Əmək hüquqlarının qorunmasında çətinliklər artıb”

“Post neft dövründə əmək hüquqlarının qorunmasının çətinlikləri daha da artıb”. Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib: “Bu həm əmək müqavilələrinin bağlanması ilə bağlı, həm də əmək müqaviləsi olmadan fəaliyyət göstərən işçilərin sayının artması ilə bağlıdır. Həmçinin bir sıra sahələrdə işçilərin sayının azaldılması da əmək hüquqlarının qorunmasında xeyli çətinliklər yaradır. Son illər aparılan islahatların ən önəmlisi əmək müqavilələrinin elektronlaşdırılması ilə bağlıdır”.

“Əmək müqavilələrinin elektronlaşdırılması əmək müqavilələrinin bağlanması prosesinə elektron nəzarətin formalaşmasına imkan verir. Eyni zamanda bu imkan verir ki, daha leqal şəkildə əmək müqavilələri bağlanmış olsun. İş yerlərinə mütəmadi olaraq gedib əmək müqavilələrinin bağlanması və hüquqların qorunmasını yoxlamaq texniki baxımdan mümkün deyil. Bu həm də sahibkarlıq fəaliyyətinə müdaxilənin azaldılması baxımından vacibdir” – deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər