Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib. Banker.az bu barıdı AMB-nin məlumatına istinadən xəbər verir.
07.07.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 761,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir. Beləliklə, hərracda manata təlabat təklifi 280,7% üstələyib.
Xatırladaq ki, bu bir il ərzində keçirilən hərraclarda ən böyük göstəricidir.