9 C
Baku
Thursday, December 12, 2024

Dünyanın nəhəng Bitcoin birjasından milyonlarla ABŞ dolları oğurlandı

Banker.az xəbər verir ki, dünyanın nəhəng Bitcoin birjalarından biri olan Cənubi Koreyanın Bithumb birjasına qarşı geniş miqyaslı kiber hücum təşkil edilib. Nəticədə 30 mindən çox müştəri xəsarət alıb, kriptovalyuta hesablarından isə bir neçə milyard von (bir neçə milyon ABŞ dolları) oğurlanıb.

Bir sıra istifadəçi aker hücumu nəticəsində vəsaitlərini itirməsi barədə məlumat verdikdən sonra, Cənubi Koreya İnternetə nəzarət və təhlükəsizlik xidməti tədqiqata başlayıb.

Bithumb iddia edir ki, fırıldaqçılar birja müştərilərinin şifrələrinə giriş əldə edə bilməyiblər.

Hazırda araşdırma belə təyin edib ki, birjanın bitcoin-pulqabılarına toxunulmayıb, lakin müştərilərin vəsaitləri zərər görüb.

Xakerlər birja əməkdaşlarından birinin fərdi kompüterinə giriş əldə edərək Bithumb birjasına hücum edə biliblər.

Birja qeyd edib ki, zərər çəkmiş hər bir müştəriyə təqribən 900 ABŞ dolları təzminat olaraq ödəməyə hazırdır. Lakin müştərilər təzminatın həcmi ilə razılaşmadıqlarından kollektiv olaraq məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Son xəbərlər
Digər xəbərlər