Tələblər:
∙ Ali Təhsil
∙ Bank sahəsində iş təcrübəsi arzu olunandır
∙ Azərbaycan dilində sərbəst danışma
∙ İngilis və rus dilləri arzu olunandır
∙ Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
∙ Bank qanunvericiliyi barədə məlumat
∙ Müştərilərlə xoş ünsiyyət qurma bacarığı
Vəzifə öhdəlikləri:
∙ Bank hesablarının açılması, redaktə edilməsi, bağlanılması
∙ Kredit ödənişlərinin dəqiq hesablanması, mədaxil edilməsi
∙ Kredit məbləğinin məxaric edilməsi
∙ Pul köçürmə sistemləri ilə əməliyyatın aparılması
∙ Yeni plastik kartların sifarişi, müddətinin uzadılması və bağlanılması
∙ Depozit müqavilələrinin bağlanılması, müddətinin uzadılması və bağlanılması
∙ Kommunal ödənişlərin qəbul edilməsi
∙ Müştərilərə hesabları haqqında arayışların və çıxarışların təqdim edilməsi
∙ Müştərilərin hesabları haqqında daxil olan məktubların cavablandırılması
∙ Müştərilərin hesablarında konvertasiya əməliyyatlarının həyata keçirilməsi
∙ Hesabdan nağd vəsaitin verilməsi və çek kitabçalarının sənədləşdirilməsi
∙ Gömrük bəyannamələrinin bağlanılması və tədiyyə balansının doldurulması
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz