9 C
Baku
Friday, December 13, 2024

OPEC: iyun ayında neft hasilatı 106%-dən çox azaldılıb

Banker.az xəbər verir ki, OPEC təşkilatını icraçı katibi Muhammad Barkindo bildirib ki, neft hasilatının azaldılması ilə bağlı razılaşmada (OPEC+) iştirak edən neft hasilatçı ölkələri iyun ayında hasilatı 106%-dən çox azaldıb.

“Bu may ayında qeydə alınan göstəricidən əhəmiyyətli dərəcədə daha çoxdur” deyə Barkindo qeyd edib.

OPEC və təşkilata üzv olmayan bir neçə ölkə 2016-cı ilin sonunda Vyanada neft hasilatının sutkada 1,8 milyon barrel həcmində azaldılması ilə bağlı razılıq əldə etmişdi. Cari ilin may ayında isə razılaşmanın müddəti 2018-ci ilin mart ayının sonuna qədər uzadıldı. Bununla belə, Liviya və Nigeriya OPEC+ müqaviləsinin öhdəliklərini həyata keçirməkdən azaddırlar. Buna səbəb isə, hər iki ölkənin neft sənayesinin hərbi qruplaşmaların fəaliyyətindən zərər görməsidir.

Son xəbərlər
Digər xəbərlər