Ləğv prosesində olan “Royal Bank” ASC-nin balansında olan mebel avadanlıqları, bank reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqları ilkin satış qiyməti: 17 421 manat olmaqla hərraca çıxarılıb.
ADİF-dən verilən xəbərə görə, birinci hərracı alıcı müraciəti olmadığından baş tutmamış hesab olunub.
Ləğvetmə prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları” və digər normativ hüquqi aktlarına uyğun olaraq hərrac davam etdirilir.