Ləğv prosesində olan “Atra Bank” ASC-nin balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 48E nömrəli fərdi yaşayış evi 10 iyul 2017-ci il tarixdə ilkin satış qiyməti 2 363 250 manat olmaqla açıq hərraca çıxarılıb. Bu barədə Banker.az-a ADİF-dən məlumat daxil olub.
Açıq hərraca cıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edildi.
Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verildi.