3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Sənaye Bankı aktivlərini 150 mln. manata yaxın artırıb

Azərbaycan Sənaye Bankı 2017-ci ilin 2-ci rübünün sonuna dair hesabatlarını açıqlayıb.

Banker.azın verdiyi məlumata görə, bank aktivlərinin həcmini 2016-cı ilin sonu ilə müqayisədə 150 mln. manata yaxın artıraraq 935 mln. manata çatdırmışdır. Onuda qeyd edək ki, artım daha çox öhdəliklərin cəlb edilməsi hesabına əldə edilmişdir.

Qeyd olunan dövrə bankın kapitalının həcmi 88 mln. manat təşkil edir.

Bankın mənfəəti 2-ci rüb ərzində qismən azalmışdır. Belə ki, 2017-ci ilin birinci rübünün sonuna mənfəəti 4.2 mln. manat olan bank, 2-ci rübün sonunda 1.5 mln. manata düşmüşdür. Məlumat üçün bildirək ki, hər iki göstərici ilin əvvəlindən kumulativ hesablanır. Buradan belə çıxır ki, bankın 2017-ci ilin 2-ci rübündə xərcləri xeyli artmışdır.

Son xəbərlər
Digər xəbərlər