Embafinans auditin nəticələrini açıqladı        

Embafinance bank olmayan kredit təşkilatı (BOKT) 2016-cı ilin sonuna dair audit hesabatlarını açıqlayıb.

Banker.azın verdiyi məlumata görə, təşkilat 2016-cı ildə mənfəətini artırmağa nail ola bilib. Belə ki, 2015-ci ilin sonuna 66 min manat mənfəət əldə edən təşkilat, 2016-cı ilin sonuna 1 mln. manat mənfəət əldə edib.

Qeyd olunan dövr ərzində BOKT-un aktivləri 23 mln. manatdan azalaraq 21.9 mln. manata düşmüşdür. Azalmanın bir milyonu kredit portfelinin payına,digər hissəsi isə öhdəliklərin azalması nəticəsində baş vermişdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər