19 C
Baku
Saturday, October 5, 2024

“Azertelecom” iki yeni vəzifə üzrə vakansiya elan edir

1. Topdansatış Marketinq üzrə Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəliyinə şirkət tərəfindən topdan satış məqsədilə istehsal edilən məhsulların marketingi ilə məşğul olmaq daxildir. Bu vəzifə üçün nəzərdə tutulan şəxs bütün marketin ehtiyaclarını tam qarşılamalıdır.

Əsas vəzifə və öhdəliklər:

• Market araşdırması etmək və mövcud və gələcək məhsullar üçün ehtiyacları araşdırmaq
• Bütün marketinq, reklam və promosyon fəaliyyətlərini idarə və koordinasiya etmək
• Yerli və xarici təchizatçılara nəzarət etmək
• Baş verən dəyişiklikləri müəyyən etmək üçün bazara fokuslanmaq
• Mövcud və gələclək məhsullar üçün müvafiq marketinq planları işləyib hazırlamaq
• Bütün marketinq strategiyaları və onların nəticələrini analiz etmək, nəzərdən keçirmək və hesabat vermək
• Istehsalat fəaliyyətini və planları müşahidə etmək
• Məhsul üzrə büdcənin hazırlanması və idarə edilməsi
• Satışları qeydə almaq və müxtəlif reklam şirkətləri və media ilə kordinasiya saxlamaq

Tələb edilən yetkinliklər:

• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
• Detallara diqqətli və məqsədyönümlü olmalıdır
• Liderlik və ünsiyyət bacarığı
• Yüksək səviyyədə danışıqlar aparmaq bacarığı
• Yüksək təşkilatçılıq və planlama bacarığı
• Qərar vermə bacarığı

Təhsil:

Ideal namizəd biznes və ya marketing üzrə təhsilə və uyğun vəzifə üzrə 2-3 il iş təcrübəsinə malik olmalıdır.


Daha çox vakansiyalar üçün Peşəkar İnkişaf səhifəsini Facebookdan izlə!


2. Qiymətlər üzrə Analist 

Tələblər:

• Maliyyə sahəsində bakalvr və ya magist təhsili;
• Microsof Office proqramları biliyi; Yüksək səviyyədə Excell biliyinə üstünlük verilir;
• Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyi
• 0-2 il eyni sahədə və ya uyğun sahədə iş təcrübəsi

Tələb olunan yetkinliklər

• Yüksək Analitika və detallara diqqətlə yanaşma bacarığı;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Vaxtın idarə edilməsi;
• Problemlərin həll edilməsi;
• Əməkdaşlıq münasibətlərinin qurulması;
• Müştəri yönümlülük;
• Nəticə yönümlülük;
• Gərgin iş şəraitində işləmə bacarığı;

Vəzifə və Öhdəliklər:

• Rəhbərliyin qərar verməsi üçün qiymət analizlərinin aparılması;
• Məhsulların gəlirlilik analizini aparmaq;
• Bütün müştərilər üçün məhsulların marjasının analizinin aparılması və Satış komandasına vaxtında hesabatların verilməsi;
• Rəhbərliyin tələbi ilə lazım olan hesabatların hazırlanması;
• Bazar trendlərinin və baş verə biləcək qeyri-təbiiliklərin araşdırılması;
• Maliyyə departamenti ilə birlikdə işləmək və mühasibat uçotu siyasətlərinin tətbiqini həyata keçirtmək;
• Şirkətin rəhbərliyinin tələbi ilə hər hansı digər maliyə dəstəyin verilməsi
• Lazım olduqda nəticə əldə etmək üçün komandaya yardım etmək;

Müraciət üçün son tarix: 20.07.2017

Müraciət [email protected] e-poçt ünvanına göndərilməlidir
Başlıqda vakansiyanın adını qeyd olunmayan və son müraciət tarixindən sonra daxil olan müraciətlər qəbul olunmayacaq.

Yalnız seçilmiş sayda namizədlər nəzərə alınacaq

Son xəbərlər
Digər xəbərlər