Vəzifə öhdəlikləri:
• Problemli kreditlər üzrə interaktiv əlaqə mərkəzinin (call centre) işini təşkil etmək;
• 30 günədək gecikmiş kreditlərə malik müştərilərlə əlaqənin təmin olunmasına, geriödənişlərin edilməsinə nəzarət etmək;
• Ümidsiz kreditlər siyahısına daxil olmuş müştərilərlə əlaqə saxlanılmasını, portfelin sağlamlaşdırılmasını və ödənişləri təmin etmək;
• Daxil olan müraciət və məlumatların zəruri instansiyalara ötürülməsini təmin etmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Azərbaycan və Rus dillərini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməli;
• Müvafiq sahədə minimal 3 il təcrübəsi olmalı;
• İdarəetmə üzrə minimal 1 il təcrübəyə sahib olmalı
• Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Yüksək peşəkar-etik keyfiyyətlərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 iyul 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnteraktiv Əlaqə Mərkəzinə Menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.