Bu gün Mərkəzi Bank və Neft Fondunun birgə keçirdiyi valyuta hərracında dollar 0.02 qəpik bahalaşıb. Bununla məzənnə 1.7022 AZN/USD səviyyəsində formalaşıb.
Bank sektorundan alınan məlumata əsasən, hərraca çıxarılan 35 milyonun 34 milyon 150 min dolları satılıb. Qeyd edək ki, bu son iki ay ərzində satılan məbləğlər içində rekord sayılır. Müqayisə üçün iyul ayında satılan məbləğlərə diqqət yetirək: belə ki iyulun 4-dü – 11 milyon AZN, iyulun 6-sı 9 milyon AZN, 11-i isə 17 milyon AZN satılıb.
Həmçinin sifarişlərin də sayı artıb. Uzun müddətdir ki, hərrac formal bir rol oynayırdı və maksimum 3 sifariş qəbul edirdi. Bu günkü hərracda isə artıq 14 sifariş qəbul olunub, bu da onu göstərir ki, banklar hərracda çıxış etməyini bərpa edib. Onu da qeyd edək ki, son günlər banklararası ticarət kəskin azalıb.
© Məlumatı Fins.az yayıb.