6 C
Baku
Sunday, December 15, 2024

Vergi borcunu ödəməmək üçün məhkəməyə – Müraciət

Azərbaycan Milli Elmlər Akademiyasının istehsalat birliyi vergi borcunu ödəməmək üçün məhkəməyə müraciət edib.

Akademiyanın “Selen” Elmi İstehsalat Birliyi Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddia qaldırıb. İB vergi borcunun ümidsiz borc hesab edilərək silinməsini tələb edib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi Akademiyanın alt qurumunun tələbini təmin edib. Lakin Departament qərardan apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadə də Akademiyanın xeyrinə qərar verərək, qətnaməni qüvvədə saxlayıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər