Banker.az xəbər verir ki, Coca-Cola şirkətinin rəqəmsal innovasiyalar departamentinin direktoru Qreq Çambers-in illik MobileBeat 2017 konfransı gedişində qeyd etdiyinə əsasən, şirkət ticarət avtomatlarında Cola məhsullarını almaq prosesini asanlaşdıran süni intellekt əsasında mobil tətbiqetmə yaradacaq.
Bir neçə həftə sonra sözügedən bu tətbiqetmə ABŞ-ın bəzi universitet kampuslarında, həmçinin Avstraliya və Yeni Zellandiyada sınaqdan keçiriləcək.
Bu tətbiqetmə smartfon sahibinə əvvəlcədən bir neçə Cola şüşəsi sifariş etməyə, daha sonra isə onları avtomatdan götürməyə imkan verir.
Şirkət nümayəndəsi həmçinin qeyd edib ki, artıq Coca-Cola almaq, onu içmək qədər həzzverici olacaq. Bütün bunlar isə smartfonun ekranında və satış aparatında peyda olan xüsusi personaj ilə ünsiyyət əsasında mümkün olacaq.