15 C
Baku
Friday, November 21, 2025

EasyJet şirkəti Brexit-ə görə yeni aviaşirkətlər yaradacaq

Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, easyJet loukosteri Avstriyada easyJet Europe aviaşirkətinin yaradılması ilə bağlı ərizə ilə çıxış edib.

Verilən məlumatlara görə, bu Böyük Britaniyanın Avropa İttifaqı tərkibindən çıxmasından sonra aviaşirkətin Avropada işləməsi üçün mütləqdir. Aİ ölkələrinə uçuşlar həyata keçirmək üçün aviaşirkətə Aİ-na üzv ölkələrdən birinin verdiyi sertifikata sahib olmaq lazımdır.  

Yeni aviaşirkət Vyana şəhərində yerləşəcək.

Son xəbərlər
Digər xəbərlər