“Azersun” 4 vəzifə üzrə vakansiya elan edir

Vakansiya 1: Zootexnik (Padarçöl Süd Ferması)

Namizədə aid tələblər:

• Zootexnik ixtisası üzrə ali təhsil,
• Yaxşı səviyyədə ingilis dili biliyi
• Müvafiq sahədə və ya zootexnik kimi 1 illik iş təcrübəsi.

İş haqqında məlumat:

• Heyvandarlıq məhsulları istehsalını artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün zootexniki tədbirləri, damazlıq işlərini, heyvanların cins keyfiyyətini yaxşılaşdırmağı, cins mal-qaranın uçotunu ayrıca aparmağı təmin etməyi bilməli,
• Təsərrüfatın yem balansını tərtib etməyi, yem bazasını möhkəmləndirməyi, gündəlik fərdi və qrup halında yem payını tərtib etməyi, onların düzgün yerinə yetirilməsinə nəzarət etməyi bilməli,
• Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasının təşkilini bilməli,
• Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkili, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi işlərini bilməli,
• Südün keyfiyyətinin, yağlılıq dərəcəsinin, turşuluğunun müəyyən edilməsi işlərini bilməli,
• Fermada uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin, südün yağlılıq dərəcəsinin və miqdarının dəqiq təyinini bilməli.


Vakansiya 2: Elektrik Texnik Rəssam

Namizədə aid tələblər:

– Ali və ya orta texniki təhsil (Elektrik sahəsi);
– Elektrik dizayn işlərini bilən, Elektrik layihələrini işləyə bilən;
– Sahə işlərinə uyğunlaşan (As-Built layihələr üçün sahədə məlumat toplamaq)
– Auto Cad proqramını mükəmməl səviyyədə bilən;
– Otel, Alış-Veriş mərkəzləri, Xəstəxana kimi layihələrdə vəzifə almış
– İnşaatda briqadalarla işləmək bacarığı
– Ms Office proqramlarını bilən (xüsusilə Excel)
– Rahat ünsiyyət qurma və təmsil etmə bacarığına malik olmalıdır.

İş haqqında məlumat:

– Dreamland (Xəyal Adası) layihəsində otel, alış-veriş mərkəzi və villaların elektrik layihələrini çəkmək,
– Layihənin elektrik bölməsini dərindən araşdırmaq və öyrənmək, tətbiq etmək, elektrik layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
– Sahədə görülən işlərin layihəyə uyğun aparılmasını yoxlamaq.


Vakansiya 3: İstehsalat operatoru (Biləsuvar Konserv Zavodu)

Namizədə aid tələblər:

• Ali təhsilli olmalı (Sənaye və texniki istiqamətli);
• Fiziki cəhətdən sağlam və işləmə qabiliyyətli olmalı;
• Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə üstünlük verilir

İş haqqında məlumat:

• İstehsal prosesində istifadə olunan avadanlığı idarə etmək
• Üzərinə düşən texniki baxış işlərini düzgün və zamanında icra etmək


Vakansiya 4: Aqronom (stajor)

İş haqqında məlumat:

 Staj 2 ay davam edəcəkdir;
 Staj müddətini uğurla bitirənlər, aqronom olaraq işə götürüləcəkdir;
 Staj Biləsuvar rayonunda yerləşən müəssisədə olacaqdır. Namizədlər qalacaq yerlə və yeməklə təmin ediləcəkdir;
 Staj ödənişlidir.

Namizədə aid tələblər:

 Aqronomluq ixtisası üzrə ali təhsil almış olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 14.08.2017-ci il tarixinədək cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Zootexnik”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər