10 C
Baku
Wednesday, December 11, 2024

“Texnikabank”ın keçmiş vəzifəli şəxsinin şikayəti üzrə məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv olunmuş “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib, məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, E. Seyidov bir müddət məntəqə tipli müəssəisəyə köçürülməsi barədə Qaradağ rayon Məhkəməsinə müraciət edib. Müraciətdə onun xəstəlikdən əziyyət çəkdiyi qeyd edilib. Lakin məhkəmə onun müraciətini rədd edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

E. Seyidov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər