13 C
Baku
Friday, November 22, 2024

Bank təcrübə proqramına vakansiya elan edib

Gənc kadrlarının və məzunlarının diqqətinə!

Əgər Siz, gələcək karyeranızı Müştərilərə xidmət sahəsində qurmaq istəyirsinizsə, bu zaman Sizi Bankımızın mehriban və peşakar  kollektivinə qoşularaq təcrübə proqramında iştirak etməyə dəvət edirik!

Təcrübə proqramı zamanı Bankın peşakar mütəxəssisləri tərəfindən Sizə aşağıdakı peşakar bilik və təcrübələrin əldə edilməsinə imkan yaradılacaqdır.

Biznes etika anlayışı və korporativ davranış normalarının əsasları

Müştəri xidmətləri prinsipləri və müştərilərlə iş

Bank məhsulları və onların satış prinsipləri

Plastik kartlar və onlar vasitəsilə əməliyyatların aparılması

Sürətli pul köçürmə sistemləri və onlarla iş prinsipləri

SWIFT, XÖНKS-la iş prinsipləri

Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərin valyuta əməliyyatlarının rejimi

Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları. Sərəncamlarla iş

Mühasibat üçotonun əsasları

 

Namizədlərə olan tələblər:

 

Ali təhsilli

Riyazi bilikləri və məntiq

Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;

Komandada işləmək bacarığı;

Dəqiqlik, düzgünlük və məsuliyyətlilik kimi müsbət göstəricilərə malik olması

İnsanlarla asanlıqla münasibət qurmaq bacarığı, gülərüz olması

Azərbaycan və rus dilini mükəmməl bilməli (ingilis dili bilənlərə üstünlük verilir)

 

 

Qeyd: Təcrübə proqramına seçilmiş namizədlər bankın peşakar komandası, habelə Biznes sahəsi üzrə beynəlxalq səviyyəli təlimçi, məsləhətçi və kouç tərəfindən keçirilən təlimlərdə iştirak etmək, özünü inkişaf etmək və təcrübələri toplamaq şansı əldə edəcəklər.

Təcrübə proqramında müvəffəqiyyətlə iştirak etmiş və müsbət nəticələr əldə etmiş namizədlərə proqramın sonunda Rabitəbank ASC tərəfindən sertifikat təqdim ediləcəkdir və gələcəkdə uğurlu namizədlər işə qəbul üçün dəyərləndiriləcəkdir.

 

Təcrübə proqramında iştirak etmək istəyən namizədlər career@rabitabank.com elektron ünvanına, e-mail mövzusu hissəsində “Müştəri xidməti üzrə təcrübə” qeyd edərək  CV-lərini göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər