21 C
Baku
Wednesday, October 9, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Fiziki şəxslərin cari hesab vasitəsilə pul köçürmələri – Sərfəli seçimlər

Fiziki şəxslərin cari hesab vasitəsilə pul köçürmələri – Sərfəli seçimlər

0
Fiziki şəxslərin cari hesab vasitəsilə pul köçürmələri – Sərfəli seçimlər

Bir müddət əvvəl, Banker.az ölkə Banklarında olan Təcili Pul Köçürmələri haqqında geniş araşdırmanı sizlərə təqdim etmişdi. Bu köçürmə tiplərində nəzərdə tutulmuş komissiyalar köçürmə edilən Bankdan asılı olmyaraq sabit qalır, səbəb isə tariflərin Banklar tərəfindən deyil köçürmə sistemi tərəfindən müəyyənləşdirilməsidir. Təcili Pul Köçürmə sistemlərinin bir çox müsbət cəhətləri ilə yanaşı mənfi xüsusiyyətləri də vardır. Belə ki, burada tətbiq edilən komissiyalar daha yüksəkdir. Banklar pul köçürmək istəyən müştərilər üçün Təcili Pul köçürmələrindən əlavə olaraq cari hesab vasitəsilə köçürmələri də təklif edirlər. Cari Hesab vasitəsilə edilən köçürmələr – adından da göründüyü kimi köçürmə edilən və köçürmə edən şəxslərin hər ikisinin cari hesabı olmasını tələb edən köçürmə növüdür və Təcili pul köçürmələrinə nisbətdə daha sərfəlidir. Bu tip köçürmələr üzrə tariflər köçürmənin istiqamətindən asılı olaraq dəyişkən olur və aşağıdakı 3 tipə ayrılır:

  1. Bankdaxili köçürmələr;
  2. Respublikadaxili köçürmələr;
  3. Respublikadan kənar köçürmələr.

Araşdırma nəticəsində məlumuz oldu ki, ən sərfəli köçürmələr Bankdaxili edilən köçürmələrdir və demək olar ki əksər Banklarda bu xidmətə görə komissiya tutulmur. Respublikadaxili köçürmələrə isə, köçürmənin valyutasından asılı olaraq Banklarda fərqli tariflər tətbiq edilir. Manat valyutasında olan Respublikadaxili köçürmələr əsasən XÖHKS və AZİPS sistemləri vasitəsilə həyata keçirilir. Bu sistemlərin fərqi köçürülən məbləğdə və tətbiq edilən komissiyalardadır. 40 000 AZN-ə qədər olan köçürmələr XÖHKS sistemi ilə, 40 000 AZN-dən yuxarı olan köçürmələr isə AZİPS sistemi ilə həyata keçirilir. Respublikaxarici köçürmələr Bankların xarici müxbir Banklarda olan hesabları vasitəsilə həyata keçirilir. Aşağıdakı cədvəldə ölkədə fəaliyyət göstərən kommersiya Banklarında olan köçürmə tarifləri haqqında ətraflı məlumat əks olunmuşdur. Diqqət edilməli məqamlardan biri , köçürmə komissiyalarının minimum və maksimum həddləridir. Tariflər aşağı-yuxarı eyni olsa da minimum və maksimum həddlər arasında ciddi  fərqlər mövcuddur.

Bankın adı Bankdaxili köçürmələr Bankxarici ölkədaxili köçürmələr Bankxarici ölkədən kənar köçürmələr
AZN Valyuta
Bank of Baku  – Bakı, Xırdalan və Sumqayıt şəhərlərindəki filiallarda filiallararası köçürmə  – 1 ş/v
– Filialdaxili köçürmə – 1 ş/v
– Digər filiallararası köçürmə – 0.1%
(min.1 ş/v – maks. 150 ş/v)
0.1%
(min. 1 AZN, maks. 150 AZN)
0.25%
(min. 25 USD, maks. 300 USD)
0.3%
(min. 30 USD/EUR, maks. 300 USD/EUR)
AccessBank müştərinin öz hesabları arası – pulsuz
digər müştərilərin hesablarına – 0,02%
(min.1 ş/v – maks. 50 ş/v)
0,1%
(min.2 AZN – maks. 50 AZN)
0,2% (min. 15$ ekv. – maks.300$ ekv.) 0,25% (min. 15$ ekv. – maks. 500$ ekv.)
AFBBANK Pulsuz 0.1%
(min 1 AZN, maks. 70 AZN)
0.2% (min 15 ş/v – maks. 100 ş.v) 0.3%
(min.20 USD/30 EUR- maks. 400 USD/EUR)
AgBank müştərinin öz hesabları arası – pulsuz
digər müştərilərin hesablarına – 1 ş/v
0,15%
(min 1 AZN)
0,2% (min 20$, maks. 300$) 0,3% (min 30$ / 35 EUR, maks.300 $/EUR)
AmrahBank Pulsuz 0,10%
(min.1AZN, maks. 150 AZN )
0,10%-i
(min.15 USD, maks. 200 USD)
0,3%-i
(min.20 USD / 25EUR, maks. 300 USD/EUR)
ASB Pulsuz 0,10 %
(min. 1 AZN – maks. 100 AZN)
0,2 %
(min.10 USD – maks.300 USD)
0,3 %
(min.20 USD – maks.350 USD)
AtaBank Pulsuz 0.25%
(min.2 manat maks.. 120 manat )
0,3%
(min. 25 USD/35 EUR – maks. 500 USD/400 EUR)
0,3%
(min 25 USD/35 EUR – maks. 500 USD/400 EUR)
AzeturkBank Pulsuz 0,10 %
(min. 1 AZN – maks. 150 AZN)
0,10 %
(min. 10 ş/v-maks.150 ş/v)
0,3 %
(min.20 ş/v – maks.400 ş/v)
Bank BTB Pulsuz 0,10%
(min.1 AZN – maks. 150 AZN)
0,30%
(min. 25 ş/v  – maks. 300 ş/v )
0,30%
(min. 25 ş/v  – maks. 300 ş/v )
Bank Respublika müştərinin öz hesabları arası – pulsuz
digər müştərilərin hesablarına -1% (min.1 ş.v)
0,10%
(min. 1 AZN, maks. 200 AZN)
5 USD (məbləğdən asılı olamayaraq) 0,3%
(min. 20 USD / 25 EUR, maks. 300 USD/EUR)
Bank Silkway müştərinin öz hesabları arası – pulsuz
digər müştərilərin hesablarına -0.02%
0,12%
(min. 1 AZN, maks. 200 AZN)
0,30%
(min. 25 ş/v  – maks. 500 ş/v )
0,30%
(min. 25 ş/v  – maks. 500 ş/v )
Beynəlxalq Bank müştərinin öz hesabları arası – pulsuz
digər müştərilərin hesablarına -0.05%
0.1%
(min.1 AZN – maks. 50 AZN)
0.1%
(min.1 ş/v – maks. 50 ş/v)
0,30%
(min. 20 ş/v  – maks. 500 ş/v )
DəmirBank Filialdaxili – Pulsuz
Filialllar arası – 1 ş/v
0,1 %
(min 0,6 AZN – maks 50 AZN)
0,15%
( min 10 ş/v –  maks 100 ş/v)
0.2%
(min 30 ş/v – maks 300 ş/v)
ExpressBank AZN – Pulsuz
Valyuta – 0,3 %
(min.20 USD/25 EUR – maks. 400 USD/300 EUR)
0,1 %
(min 0,6 AZN – maks 50 AZN)
0,3 %
(min.20 USD/25 EUR – maks. 400 USD/300 EUR)
0,3 %
(min.20 USD/25 EUR – maks. 400 USD/300 EUR)
Kapital Bank Pulsuz 0.1% (min. 1 AZN –  maks. 100 AZN) 0.1% (min 10 ş/v – 150 ş/v) 0.3% (30 ş/v- 500 ş/v)
NBCBank Pulsuz 0.1% (min. 1 AZN –  maks. 100 AZN) 0.30 % (min. 30 USD-maks. 500 USD) 0.30 % (min. 30 USD-maks. 500 USD)
NikoilBank 0,1% (min. 1 AZN/USD –  maks. 200 AZN/USD) 0,15% (min 1 AZN maks. 150) 0,15%
(min 2 USD –  maks. 300 USD)
 0,3%
(min 20 USD/18 EUR –  maks 300 USD/250 EUR)
Rabita Bank Pulsuz 0,12%
(min.  0,5 AZN – maks.  95 AZN)
0,1%
(mın 15 USD –  maks. 90 USD)
0,3%
( min. 25 USD –  maks. 400 USD)
TuranBank Pulsuz 0.10%
(min.  0.80 AZN – maks. 100 AZN)
0.3%
( min. 20 ş.v. – maks.. 300 ş.v)
0.3%
( min. 20 ş.v. – maks.. 300 ş.v)
Unibank Pulsuz 0,12%
(min. 1 AZN, maks. 500 AZN)
0,12%
(min. 10 ş.v – maks.100 ş/v)
0,3%
(min 30 ş.v – maks.500 ş/v)
VTB Bank Pulsuz 0.1 %
(min.1 AZN – maks. 80 AZN)
0.25 %
(min. 25 ş.v – maks.250 ş.v )
0.25 %
(min. 25 ş.v – maks.250 ş.v )
Xalq Bank Pulsuz 0,2%
(min.  1 AZN, maks. 100 AZN)
0,3 %
( min. 20 USD/25 EUR; maks. 300 USD/EUR)
0,3 %
( min. 20 USD/25 EUR; maks. 300 USD/EUR)
YapikrediBank Pulsuz 0.2%
(min. 2.5 AZN – maks. 200 AZN)
0.2%
(min. 25 USD)
0.30%
(min. 30 USD/ 30 EUR)

*Qeyd: Ş/V – şərti vahid deməkdir.