Rusiyanın “VTB Group”u “Bank VTB (Azerbaijan)” ASC-nin kapitalında payını 100%-ə çatdırmaq niyyətindədir. Bununla bağlı “VTB 24″ün Müşahidə Şurası qərar qəbul edib. Müqavilənin məbləği 31,39 mln. ABŞ dolları təşkil edə bilər.
Bu barədə mənbə Rusiya mətbuatına istinadən xəbər verir.
“VTB 24” SC “Bank VTB (Azerbaijan)”ın səhm kapitalının 49%-ni təşkil edən, hər birinin nominal dəyəri 0,2 manat olmaqla 124 496 737 səhmi bir səhm üçün 0,252184550427213 ABŞ dolları ödəməklə alacaq ki, nəticədə, “VTB 24”ün “Bank VTB (Azerbaijan)”ın nizamnamə kapitalında payı 49% təşkil edəcək.
Qeyd edək ki, “Bank VTB (Azerbaijan)”ın əsas səhmdarları “Bank VTB” (51%) və “AtaHolding”dir (49%). Hazırda Bankın nizamnamə kapitalı 50,8 mln. manat təşkil edir.