İnsan Resursları üzrə Mütəxəssis (Biləsuvar ray.) – Azersun Holding

İnsan Resursları üzrə Mütəxəssis (Biləsuvar ray.)

İş haqqında məlumat

• Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
• İnsan Resursları sahəsində ən az 1 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
• Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
• Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
• Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
• Mühasibatlıq sahəsi ilə bağlı minimal biliklərə sahib olmalı;
• MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.

Tələblər

• Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
• Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
• İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
• Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması.

İş şərtləri

Həftə içi 5 gün, saat 09.00-18.00
İş yeri: Biləsuvar ray. (Natural Green Land LTD)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “İnsan Resursları üzrə mütəxəssis” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər