Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) informasiya texnologiyaları avadanlıqlarının və lisenziyaların satın alınması üzrə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 10-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 18-nə qədər Palatanın Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Dilqəm Osmanov və Vüsal Həsənovdur. Telefon: (012) 493 50 58, daxili nömrələr müvafiq olaraq 437 və 346.
Təkliflərə avqustun 21-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. Mallar müqavilə bağlandıqdan sonra 60 gün ərzində təhvil verilməlidir.