Devalvasiyadan sonra məhsullarınınn satışı 30 faiz azalıb

İki il ərzində Azərbaycan milli valyutasının devalvasiyası nəticəsində “Coca-Cola” məhsullarının ölkədə satışı 30 faiz azalıb.

Bunu “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə meneceri Əsəd Şirinov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Coca-Cola”nın məhsullarının rekord satışı 2014-ci ildə qeydə alınıb: “Lakin 2017-ci ilin fevral ayından etibarən ölkədə iqtisadiyyatın sabitləşməsi fonunda məhsulların satışı artıb. Şirkətimiz Azərbaycanda fəaliyyət göstərdiyi 22 il ərzində ümumilikdə ölkəyə verdiyi töhfə 400 mln. dollara yaxındır”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər