6 C
Baku
Saturday, December 14, 2024

Dövlət Neft Fondu 2 lot üzrə açıq tender elan edir

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Elektron sənəd dövriyyəsinin təşkilinə dair proqram təminatının satınalınması” və “Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə texniki  xidmətin satınalınması” lotları üzrə açıq tender elan edir.

Tender prosedurları 6 sentyabr 2017-ci il, yerli vaxtla saat 11.00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.


Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

• tenderdə iştirak etmək üçün ərizə;

• podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

• podratçının ixtisas göstəricilərinə dair məlumat;

• tender təklifi (tender təklifinin qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);

• podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 23 avqust 2017-ci il, yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 5 sentyabr 2017-ci il, yerli vaxtla saat 18.00-a qədər hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Hər bir lot üçün iştirak haqqı 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165.

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ 2C  

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (əlaqələndirici şəxslər: Lot – üzrə, kargüzarlıq məsələləri üzrə Çəməngül Mustafayeva (dax.: 1001), texniki məsələr üzrə Orxan Şahverdiyev (dax.: 1202), kadr məsələləri üzrə Ofeliya Əsgərzadə (dax.: 8002),  Lot-2 üzrə Nailə Məmmədli (dax.: 9005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025).

Son xəbərlər
Digər xəbərlər