Azərbaycan Respublikasının Baş naziri Artur Rasi–zadə iki dövlət müəssəsinin ləğvi və yenidən adlandırılması ilə bağlı sənəd imzalayıb.
Banker.az bu barədə Nazirlər Kabinetinin yaydığı sənədə əsasən xəbər verir.
İmzalanan sənədə əsasən, Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC özəlləşdirilərək “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin tabeliyinə verilib.
Eləcə də, Quba rayonundakı “Şəfəq” südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC adı dəyişdirilərək, Kənd Təsərrüfatı Nazirliyinin “Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC adlandırılıb.