10 C
Baku
Wednesday, December 11, 2024

Vergilər Nazirliyinin və bankların nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun üzvləri və qrup üzvü olmayan digər bankların nümayəndələri ilə Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri arasında görüş keçirilib.

Bu barədə Reporta ABA-dan məlumat verilib.

Görüşdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Qanunlarının tətbiqi, yeni vergi bəyannamələri və mövcud bəyannamələrə dəyişikliklər, həmçinin vergi qanunvericiliyi ilə əlaqədar ünvanlanan bütün suallara aydınlıq gətirilib.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.

Son xəbərlər
Digər xəbərlər