Mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslərin və müəssisələrin torpaq vergisinin hesablanması üçün hesablayıcı-kalkulyator hazırlanıb.
Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib.
Kalkulyator zəruri olan torpağın təyinatı, coğrafi baxımdan yerləşdiyi ərazi, keyfiyyəti, verginin dərəcəsi və güzəşt hüququ kimi məlumatlara əsasən, torpaq vergisinin hesablanma mexanizmini özündə əks etdirir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanı, müharibə əlili, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər və qanunvericiliklə müəyyən edilmiş digər şəxslərə torpaq vergisi ilə bağlı güzəşt tətbiq edilir.