7 C
Baku
Thursday, December 12, 2024

Masallıda “Sənaye məhəlləsi”nin tikintisinə başlanılıb

Masallıda “Sənaye məhəlləsi”nin tikintisinə başlanılıb.

Bu barədə APA-nın cənub bürosuna Masallı rayon icra hakimiyyəti başçısınin müavini Nəsir Muxtarlı məlumat verib.

Onun sözlərinə görə, bunun üçün rayon icra hakimiyyəti tərəfindən 10 hektar ərazi ayrılıb. Artıq fəhlələr üçün ilk modul tikilinin inşasına başlanılıb. Burada istehsal və emal üçün hər cür şərait yaradılacaq, qaz, işıq, su, məhəllə daxili yollar çəkiləcək, internetə çıxış imkanları yaradılacaq, istehsal və emal üçün normal şəraiti olan otaqlar tikiləcək.

İstənilən şəxs layihələrini təklif edib, yer icarəyə götürə bilər. İşlər yekunlaşdıqdan sonra “Sənaye məhəlləsi”ndə 1000-dən artıq insanın çalışacağı planlaşdırılıb.

Qeyd edək ki, inşaat işlərinin 2018-ci ilin əvvəllərində başa çatacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər