Bir neçə ay əvvəl AZN/USD məzənnəsinin qeyri-sabit olduğu dövrdə ölkə Banklarında manata qarşı olan tələbat həddindən artıq çox idi. Bu səbəbdən Banklar manat valyutasında olan əmanətlərini müştərilər üçün daha cəlbedici edirdilər.
Lakin, bildiyimiz kimi ölkədə valyuta bazarında uzun müddətdir ki, sabitlik hökm sürür. Dollara qarşı olan tələbatın çox olmaması dolayısı yolla manata olan təzyiqləri də azaldıb. Bu səbəbdən də başa düşüləndir ki sabitlik dövründə Bankların manat depozitlərinin şərtləri bir qədər sərtləşdirilib. Müxtəlif Banklar tərəfindən depozit faizlərinin azaldılması tendensiyası davam edir.
Bugünkü xəbərimiz ölkənin ən iri xidmət şəbəkəsinə malik olan bankı – Kapital Bankın manat depozitlərinin şərtlərinə etdiyi dəyişikliklə bağlıdır. Dəyişikliklər depozitlər üzrə cəlbetmə faiz dərəcəsinin endirilməsindən ibarətdir və aşağıdakı cədvəllərdə müqayisəli formada Sizlərə təqdim edilir:
“Kapital Depozit”
Müddət |
Faizlər aylıq ödənilərsə | Faizlər müddətin sonu ödənilərsə | ||
Köhnə faizlər | Yeni faizlər | Köhnə faizlər |
Yeni faizlər |
|
3 ay | – | – | 3% | 2% |
6 ay | 5% | 4% | 6% | 5% |
12 ay | 11% | 10% | 12% | 11% |
18 ay | 11,5% | 10,5% | 12,5% | 11,5% |
24 ay | 12% | 11% | 13% | 12% |
36 ay | 12,5% | 11,5% | 14% | 13% |
“Müddətsiz Depozit”
Köhnə faiz | Yeni faiz |
2% | 1% |
Bankların atdığı bu tipli addımlardan belə bir nəticəyə gəlmək olar ki, yaxın gələcəkdə manatın dollar qarşısında zəifləməsi ehtimalı aşağıdır.