16 C
Baku
Wednesday, November 19, 2025

Bank Standard-ın Kreditorlar Komitəsi toplaşır

27 iyul saat 15.00-da Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) binasında (Babək prospekti, 16) “Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov özü məlumat yayıb.

Sədrin verdiyi məlumata görə iclasda müzakirə olunacaq əsas məsələ bankın ləğvi üzrə məhkəmə prosesinin gedişatı, bankın müflisləşməsində təqsiri olanlara qarşı addımlar və ümumiyyətlə bundan sonrakı fəaliyyət olacaq.

“Komitənin sədri olaraq iclasa kreditorlarla yanaşı KİV nümayəndələrini də dəvət edirəm. ” – deyə o deyib.

Son xəbərlər
Digər xəbərlər