Artıq bir müddətdir ki, kredit bazarında canlanma müşahidə olunmaqdadır. Pərakəndə Bankçılıq sektorunun liderləri ard-arda kredit şərtlərini sadələşdirməklə satışlarını artırmağa çalışırlar. Növbəti bu tip addım UniBankdan gəldi. Bankdan əldə etdiyimiz məlumata görə müştərinin xalis gəlirinə olan tələb 175 AZN-dən 100 AZN-ə qədər endirilib. Bu addımı atmaqla Bank rəsmi gəliri daha aşağı olan müştərilərə də kredit əldə etmək imkanı yaratmış oldu. Lakin xalis gəliri 175 AZN-dən aşağı olan müştərilər üzrə kreditin faiz dərəcəsi və komissiyası standart şərtlərdən bir qədər fərqlidir. Həmin fərqlilikləri diqqətinizə çatdırırıq:
İllik faiz dərəcəsi
- 12 aylıq kreditlər üzrə – 31%
- 18 aylıq kreditlər üzrə – 32%
- 24 aylıq kreditlər üzrə – 33%
Komissiya
- Kredit proseduruna görə komissiya: 4%
- Nağdlaşdırma üzrə komissiya: 1%
Əmək haqqısı 175 AZN-dən yuxarı olan müştərilər üzrə şərtlər dəyişməz olaraq qalmaqdadır.