25 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqinə dair üzvlərin rəy və təkliflərinə baxılıb. Bu barədə Assosiasiyadan məlumat daxil olub.
İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-ya üzv təşkilatların nümayəndələri, ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun sədri Zakir Kazımov və “ÇPY qarşı mübarizə və komplayns” üzrə Ekspert Qrupunun sədri Anar Kərimov iştirak edib.
Görüşdə iştirakçılar “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar banklarda həyata keçiriləcək prosedurların dəqiqləşdirilməsi istiqamətində müzakirələr aparılıb. Sonda standardlaşdırılacaq addımların müştərilərə xidmət göstərən bank əməkdaşlarına təqdim edilməsinə qərar verilib.







