Əmanətlərin Sığortalanması Fondu (ADİF) hərracın nəticələri barədə məlumat açıqlayıb.
ADİF ictimaiyyə açıqlayıb ki, ləğv prosesində olan “RoyalBank” ASC-nin balansında olan buraxlış ili 2008 və rəngi qara olan “Lexus GS-350” markalı nəqliyyat vasitəsi 25 iyul 2017-ci il tarixində, Bakıda Hərrac mərkəzində ilkin satış qiyməti 14 525 manat olmaqla açıq hərraca çıxarıb.
Keçirilən açıq hərracın nəticəsində “Lexus GS-350” markalı nəqliyyat vasitəsi hərrac zamanı qalib olmuş şəxsə satılıb.