8 C
Baku
Thursday, December 12, 2024

Açıq məkanda reklam etməkıə bağlı yeni qaydalar müəyyən edildi

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (Agentlik) fəaliyyətinin təşkilinə dair Prezident İlham Əliyev fərman imzalayıb.

Agentlik, Azərbaycan Prezidentinə nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi; icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; yenidən təşkili və ləğvi məsələləri; təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi; xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq ilə bağlı hesabat verəcək.

Fərmana görə, Agentliyin eləcə də, Nazirlər Kabinetinə illik maliyyə hesabatlarının təsdiqi ilə bağlı öhdəliyi olacaq.

Agentliyin nizamnamə fondu 10 000 AZN-dir və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılmaqla, 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılması və Agentliyin Müşahidə Şurası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçiriləcək.

Nizamnaməyə görə, Agentliyi Müşahidə Şurası və direktor idarə edəcəklər. Şura, onun sədri də daxil olmaqla, üç üzvdən ibarətdir. Şura üzvlərini Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir.

İlkin olaraq Agentlik 1 milyonla xərclərini ödəyəcək

Agentliyin ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 1 000 000 manat ayrlıb.

Yerli icra hakimiyyəti orqanları və “Azəravtoyol” ASC-ə tapşırlır ki, 2017-ci il avqustun 1-dək müvafiq ərazidə açıq məkanda mövcud olan reklam daşıyıcıları və yayımlanan reklam haqqında məlumatları, bununla bağlı mövcud olan bütün sənədlərin surətlərini və həmin məlumatları əks etdirən elektron siyahını 20 gün müddətində Agentliyə təqdim etsinlər.

Fəaliyyəti nədən ivarət olacaq?

Agentlik avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) yaşayış məntəqələrində reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxs olacaq.

Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Rəsmi sənəddə qeyd edilir ki, Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları olacaq.

Bakı şəhərində yerləşəcək Agentlik, Respublikanın Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada açıq məkanda ölçülərindən asılı olmayaraq reklam daşıyıcılarının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazə verəcək,

Dövlət qurumu açıq məkanda reklam yerləşdirilməsinə icazə verərkən açıq məkanda reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsi bağlayacaqdır.

Qeyd olunub ki, Agentlik 2017-ci il avqustun 1-dək açıq məkanda reklam yerləşdirmək üçün icazə almış və icazəsi qüvvədə olan reklam yayıcılarına icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndəriləcəkdir.

Müasir informasiya-kommunikasiya texnologiyalarını və innovasiyaları tətbiq etməklə, açıq məkanda reklamların yayımı və tərtibatı sahəsində mərkəzləşdirilmiş idarəetmə sistemi yaradacaq.

 

 

 

Son xəbərlər
Digər xəbərlər