1 C
Baku
Saturday, December 14, 2024

Gömrük Bəyannaməsi “Rəqəmsal Ticarət Qovşağı” vasitəsilə doldurulacaq

“Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”nda daha öncə test olaraq fəaliyyət göstərən elektron gömrük bəyannamələrinin doldurulması real vaxt rejimində həyata keçirilməyə başladı. Bunun üçün ixracatçı ASAN imza və ya elektron imza ilə Rəqəmsal Ticarət Qovşağının saytından (https://dth.azexport.az/) daxil olaraq elektron gömrük bəyannaməsini doldura bilər.

Rəqəmsal Ticarət Qovşağının üstünlüyü ondan ibarətdir ki, bütün xidmətlər “Bir pəncərə”dən təqdim olunur. Azexport portalının nəzdində olan “Bir pəncərə” Azərbaycan sahibkarları ilə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verir. Beləliklə, daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirən sahibkarlar bir pəncərə əsasında e-İxracın imkanlarından yararlanacaqlar.002

003 1Hazırda e-İxraca inteqrasiya olunan dövlət orqanları real vaxt rejimində məlumat mübadiləsini təşkil edir. e-İxrac aşağıdakı sertifikatların verilməsini təmin edir: beynəlxalq baytarlıq sertifikatı, fitosanitar sertifikat, keyfiyyət sertifikatı, mənşə sertifikatı,kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq verilməsi.

Eyni zamanda, ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsi də portal vasitəsilə həyata keçirildiyi üçün gələcəkdə bu hesablaşmaların aparılması asanlaşacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 22 fevral tarixli Fərmanı əsasında yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

Son xəbərlər
Digər xəbərlər