8 C
Baku
Friday, December 13, 2024

Avropanın 3 şirkəti Azərbaycan bazarını tərk edir

İtaliya, Almaniya və Macarıstan şirkətləri Azərbaycan bazarını tərk ediblər.

İtaliyanın neft mədən avadanlıqlarının tədarükü sahəsində xidmətlər göstərən “Valvitalia S.P.A” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur.

“Vergilər” qəzetinin son buraxlışına istinadən, kreditorlar və maraqlı şəxslər tələblərini Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133, “SAT PLAZA” biznes mərkəzi, 7-ci mərtəbə ünvanına bildirə bilərlər.

Xatırladaq ki, İtaliya şirkəti Azərbaycanda ötən ilin əvvəlindən fəaliyyət göstərirdi. (APA)

Almaniyanın “Katt GmbH” şirkətinin Azərbaycandakı filialı ləğv olunub.
Şirkətin kreditorları tələblərini Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsi, ev 241, mənzil 70 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Katt GmbH” 1989-cu ildə təsis olunub. Şirkət neft sektorunda fəaliyyət göstərən şirkətlər üçün müxtəlif xidmətlər təklif edir. (Report) 

Eləcə də, Macarıstan texnologiya şirkəti Azərbaycanı tərk edib.

Qəzet yazır ki, “Airbus Ds Geo Hungary LTD” şirkətinin Azərbaycandakı filialı bağlanıb. Bildirilir ki, kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu,Nizami,ev 90A ünvanına bildirə bilərlər. (fins.az)

Son xəbərlər
Digər xəbərlər