24 C
Baku
Monday, September 30, 2024

“Apple”ın gəliri və mənfəəti artdı

ABŞ-ın “Apple” korporasiyası bu ilin aprel-iyun aylarına aid maliyyə hesabatını açıqlayıb.

Aprel-iyun dönəmini hesabatında 3-cü rüb kimi dəyərləndirən şirkət gəlirinin və xalis mənfəətinin artdığını bəyan edib.

Gəlirlər ötən ilin eyni dövrünə nisbətən 7,1% artaraq 45,4 milyard dollara yüksəlib. Şirkət keçən ilin aprel-iyun aylarında 42,4 milyard dollar gəlir əldə etmişdi. Toplam gəlirin 61%-i beynəlxalq satışlardan qazanılıb.

Korporasiya xalis mənfəətinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% artaraq 8,7 milyard dollara çatdığını açıqlayıb. (Keçən il 7,8 milyard olub.)

Açıqlamada “iPhone”, “iPad” və “Mac” kompüteri satışlarının artdığı da vurğulanıb. Belə ki, 3-cü rübdə “iPhone” satışları 1,5% artaraq 41 milyon 26 min, “iPad” satışları 14,8% artaraq 11 milyon 424 min ədəd təşkil edib.

Şirkətin “AppleCare” və “ApplePay” kimi xidmətlərdən əldə etdiyi gəlir bu dönəmdə 21,6% artımla 7,27 milyard dollara yüksəlib. “Apple TV” və “Apple Watch” kimi məhsullardan əldə edilən gəlir də 23% artıb və 2,73 milyard dollar olub.

“Apple” maliyyə ilinin sonunda (4-cü rüb) 52 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırır.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər