8 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank manatın taleyinə aydınlıq gətirib

2017-ci ilin I yarımilliyi ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə uyğun və məzənnə rejiminin çevikliyinin daha da artırılması şəraitində formalaşıb.

Banker.az bu barədə Mərkəzi Bankın 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir.

Məlumata görə, 2017-ci ilin 6 ayı ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb. Belə ki, hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 23.3%, Avro ilə əməliyyatların həcmi isə 4.8% azalıb.

Dövr ərzində valyuta bazarında əməliyyatların 85.9%-i ABŞ dollarında, 14.1%-i digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 24.4%- i banklararası valyuta bazarında (BVB), 75.6%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 57.6%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olmuşdur. BDVB-də isə valyuta əməliyyatlarının 95.7%-ini hüquqi şəxslərə valyuta satışı təşkil etmişdir.

Xalis dollar alışı azalıb

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilmişdir. Banklar tərəfindən ötən ilin 6 ayı ərzində 151 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, cari ilin ötən dövründə 91 mln. ABŞ dolları xalis alış həyata keçirilmişdir ki, bu da manatın sabitliyi ilə əlaqədardır.

Məzənnə rejiminin çevikliyinin artırılması çərçivəsində Mərkəzi Bank 12 yanvar 2017-ci il tarixindən başlayaraq valyuta hərracı mexanizminə dəyişikliklər etmişdir. Bu dəyişikliklərə uyğun olaraq hərraca çıxarılan valyuta təklifi bazar iştirakçılarının təklif etdiyi qiymətlər əsasında yeni rəqabətli əsasda reallaşdırılır. Başqa sözlə, hərrac daha yüksək qiymət təklif edən bankdan daha aşağı qiymət təklif edən banka doğru valyutanın satılması ilə yekunlaşır. Valyuta hərracları həftədə iki dəfə keçirilir, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl Bloomberg terminalı vasitəsilə bazar iştirakçılarına elan edilir.

Qeyd edək ki, banklar tərəfindən xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş  marja limiti (+4% idi ) bu ilin yanvarında aradan qaldırıldı.

47 valyuta həracına 1,7 milyard satışı, banklar arası satışlar isə 417 milyon dollar olub

2017-ci ilin birinci yarımilində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 47 valyuta hərracı keçirilmişdir. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 1687.6 mln. ABŞ dolları təşkil etmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 30.8% azdır.

Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının Bloomberq platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərmişdir. 6 ay ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 417 mln. ABŞ dolları olmuşdur.

Mərkəzi Bank bildirir ki, ilk yarımillik ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə ( yəni, hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. Tədiyə balansının yaxşılaşması, eləcə də dövlət sektorunun xarici valyutada bir sıra öhdəliklərinin valyuta bazarından kənarda tənzimlənməsi valyuta bazarına tarazlaşdırıcı və manatın məzənnəsinə sabitləşdirici təsir göstərmişdir. Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları fevral ayının ikinci yarısından nisbətən ucuzlamağa başlamışdır, ikinci rüb ərzində isə stabilləşmişdir. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1.7707 AZN səviyyəsində olmuşdursa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə – 1.9200 AZN-ə qalxmış, 26.05.17-01.06.17 tarixlərində isə minimum həddinə – 1.7020 AZN-ə enmişdir. 2017-ci ilin I yarısının sonuna manat ABŞ dollarına nəzərən 3.9% möhkəmlənmişdir. 2017-ci ilin I yarısı ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1.74 manat təşkil edib.

dsfghjkl

Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Belə ki, manatın qeyrineft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 1.4% bahalaşıb.

NEM-nin 0.8% ucuzlaşması REM-ə azaldıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə artırıcı təsir etmişdir.

fghjkl

Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 30 iyun 2017-ci il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4 mlrd. 964,1 mln. dollar təşkil etmişdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələmişdir.

Son xəbərlər
Digər xəbərlər