“Azər-Türk Bank” ASC-nin Maliyyə monitorinqi və nəzarət Departamentinə yeni direktor təyin edilib.
Banka istinadən, bu, Elmar Ələkbər oğlu Ələkbərovdur.
İndiyə qədər bu vəzifəni müvəqqəti olaraq Vüsalə Oqtay qızı Kazımova icra edib.
Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin “Zıraat Bank”ına, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.