2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 76,8 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 69,8 dəfə çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
İyun ayında AİF-in agent bankları tərəfindən 11,9 mln. manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, yanvar-iyun aylarında fond 26 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (azalma 8,8%).
Hesabat dövründə AİF 110 mln. manat məbləğində istiqraz yerləşdirib (2016-cı ilin yanvar-iyun aylarında istiqraz yerləşdirilməyib – İF).
Yanvar-iyun aylarında AİF sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 24,2 mln. manat, iyun ayında 3,8 mln. manat alıb.