10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artaraq 19 milyard oldu

Dövlət Statistika Komitəsi pərakəndə ticarət dövriyyəsi ilə bağlı açıqlama verib.

2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 19,0 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 9,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,4 faiz üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2016-cı ilin yanvar-iyul aylarına nisbətən,  faizlə
 

  Pərakəndə ticarət dövriyyəsi

18 987,3  

101,8

–  o cümlədən:

ərzaq məhsulları

8 626,9 101,3
  içkilər və tütün məmulatları 935,4 100,2
– toxuculuq məhsulları, geyim və ayaqqabılar  3 408,7  

102,8

-elektrik malları və mebellər  1 167,4 101,9
-kompüterlər, telekommunikasiya

-avadanlıqları və çap məhsulları

 140,2  

100,7

-əczaçılıq və tibbi mallar 260,7 101,2
-avtomobil yanacağı  940,9 99,6
-digər qeyri-ərzaq məhsulları      3 507,1 103,1
Son xəbərlər
Digər xəbərlər