10 C
Baku
Friday, December 13, 2024

ABŞ dollarının məzənnəsi qlobal valyuta bazarında düşür

ABŞ-da iyul ayında istehlak qiymətləri indeksi 0,1% artım göstərib. Keçirilən sorğulara əsasən, analitiklərin əksər hissəsi isə qiymətlərdəki artımın 0,2% olacağını ehtimal edirdilər. Nəticədə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 2017-ci ilin sonuna qədər artırma ehtimalı azalıb. Bu da öz növbəsində dolların məzənnəsinin qlobal valyuta bazarında düşməsinə səbəb olub. Belə ki, dolların əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi 0,5% artaraq 1,18 səviyyəsini ötüb və hazırda 1,1830 USD/EUR ətrafında qərarlaşıb.

Yerli analitika qrupu “Report” USD/EUR məzənnəsinin ilin sonunadək 1,15-1,20 diapazonunda hərəkət edəcəyini ehtimal edir: “Dolların ucuzlaşması bir müddət sonra ABŞ-da inflyasiyanı yüksəldəcək və 2018-ci ildən etibarən dollar yenidən möhkəmlənməyə başlayacaq”.

Son xəbərlər
Digər xəbərlər